MƏDƏNİYYƏT


Timur Əsgərov “Kixot” baletində Bazil rolunda çıxış edəcək

Bakı, 22 may, AZƏRTAC

İyunun 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində Bazil rolunu gənc balet artisti Timur Əsgərov canlandıracaq. Baletin dünya premyerası 1869-cu ildə Moskvada, Böyük Teatrda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 1902-ci ildə nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov gənclər üçün prezident mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.