MƏDƏNİYYƏT


Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Kral obrazını həmvətənimiz Timur Əsgərov canlandıracaq. Balet “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş etdiriləcək.

Tamaşanın premyerası 2015-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.