MƏDƏNİYYƏT
Timur Əsgərov “Şelkunçik” baletində
Bakı, 28 mart, AZƏRTAC
Aprelin 14-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında P.Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində gənc balet artisti Timur Əsgərov Şelkunçik – şahzadənin partiyasını ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.