İDMAN


Timur Bayramov: Qalib gələn kimi valideynlərimə zəng vurdum

Bakı, 16 may, AZƏRTAC

Qalib gələn kimi valideynlərimə zəng vurdum. Onlar Rusiyanın Voronej vilayətində yaşayırlar, buraya gələ bilmirlər. Mən tez-tez onları görməyə gedirəm. Ata-anam üçün çox darıxıram. İdmana həvəsim məni burada onlarsız qalmağa məcbur edir.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən kişi idman gimnastikasında paralel qollarda hərəkətlər üzrə bürünc medal qazanmış azərbaycanlı atlet Timur Bayramov AZƏRTAC-a müsahibəsində söyləyib.

Qızıl medal qazanmaq arzusunu bildirən T.Bayramov sentyabrda keçiriləcək Dünya Çempionatına daha ciddi hazırlaşacağını və Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.