MƏDƏNİYYƏT
Timur Rodrigez: Tamaşaçılar ifamı bəyəndilər və bu məni çox sevindirir
Bakı, 29 iyul, AZƏRTAC
“Jara” festivalının iştirakçılarından olan məşhur aparıcı və estrada müğənnisi Timur Rodrigez əslən Bakıdandır. O, AZƏRTAC-a məxsusi müsahibəsində doğma şəhərə növbəti gəlişindən məmnunluğunu dilə gətirib. Deyib ki, musiqi festivalı yüksək səviyyədə təşkil olunub və hamı kimi, o da “Jara”ya məxsusi hazırlaşıb.
“Günlər günəşli keçir, əsl dəniz havasıdır. Heyf ki, hər gün məşq etdiyimdən istirahətə vaxtım olmayıb. Zəhmətim hədər getmədi, performansım tamaşaçılara zövq yaşatdı. Səhnədə sürprizlər təqdim etməyə çalışdım. Tamaşaçılar ifamı bəyəndilər və bu məni çox sevindirir”, - deyə müğənni bildirib.
Festivalda ən yaxşı mahnıların səsləndirildiyini, bunun hamıda gözəl əhval-ruhiyyə, müsbət emosiya doğurduğunu vurğulayan Timur Rodrigez deyib: “Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir”.