Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tofiq Kazımov Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradıcılarından biridir

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılıq fəaliyyətindən, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.

Qeyd edilib ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük xidmətlər göstərib. O, baş rejissor kimi Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” və digər əsərləri tamaşaya hazırlayıb.

Bildirilib ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması onun adı ilə bağlıdır. Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür sürəti, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapdı. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı. Ona görə də Tofiq Kazımov saysız-hesabsız tamaşaçı qəlbini sənəti ilə ovsunlamaqla yanaşı, bütün yaradıcılığı ilə imzası tarixdə arxivləşən sənətkarlardandır: “Sənətdə öz dəst-xətti olan böyük rejissor bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirib, maraqlı səhnə əsərləri yaradıb. Tofiq Kazımov böyük sənətkar Səməd Mənsurun ailəsində böyüyüb. Tofiq müəllim təkcə böyük teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi. Daha sonra Moskvada oxuyub və Bakıya qayıtdıqdan sonra bir-birindən gözəl tamaşalar hazırlayıb. Sonralar Tofiq Kazımov özünü əsl sənətkar kimi sübut edə bilib. Onun çoxlu tələbələri olub, o gözəl pyeslər, monoqrafiyalar yazıb. Tofiq Kazımov bir şəxsiyyət kimi Azərbaycan teatrına və mədəniyyətinə böyük töhfələr ərməğan edib”.

Əməkdar İncəsənət Xadimi İlham Rəhimli rejissorun sənət yolundan bəhs edib: “Tofiq Kazımov milli teatr tariximizin nəhənglərindən biridir. O, Azərbaycan teatr məkanında böyük bir inqilab etməyi bacarıb. Onun səhnələşdirdiyi tamaşaların 90 faizi hadisəyə çevrilirdi. Tofiq Kazımov bütöv şəkildə Azərbaycanda yeganə rejissordur ki, öz üslubunu məkan daxilində dövlət teatrının prinsipinə çevirdi. Bu da 1964-cü ildə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ilə lirik-psixoloji üslubun bünövrəsini qoymuş oldu. Tofiq Kazımov son dərəcə cəsarətli rejissor olub, səhnələşdirdiyi əsərlərə böyük sevgi ilə yanaşıb”.

Xalq Artisti Rafiq Əzimov onunla bağlı xatirələrini bölüşərək söyləyib: “Tofiq Kazımovla mənim tanışlığımın tarixi 60 il bundan öncəyə gedib çıxır. İlk görüşümüz məhz “Azərbaycanfilm” Kinostudiyasında olub və bu məkanda ondan ilk xeyir-duanı almışam. Teatr sənəti ilə bağalı bir çox məsələni ondan əxz etmişəm. Bu teatrda Tofiq Kazımovun quruluş verdiyi çox səhnə əsərlərində iştirak etmişəm. Onun quruluş verdiyi bütün tamaşalara hər zaman yüksək sevgi ilə yanaşılıb. Onun professionallıq məharəti, sənətə olan sevgisi Tofiq Kazımovu həmişə yaşadacaq, xatirəsi könüllərdə əzizlənəcək”.

Xalq Artisti Hacı İsmayılov rejissorun sənət yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb.

Sonra qonaqlar sənətkarın xatirəsinə həsr olunan görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar. İkihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azərpaşa Nemətovun quruluşu əsasında baxılıb. Tamaşada görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. “Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar Artist Anar Heybətov olub.

Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova və Rada Nəsibova məharətlə canlandırıb.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azərpaşa Nemətova məxsusdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəssamlıq Akademiyasında I kurs tələbələri ilə görüş: qarşıdakı təhsil mərhələsinə hazırlıq

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü keçirilib

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər – REPORTAJ

Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Ankarada Qafqaz İslam Ordusuna abidə qoyulub

Dövlət Neft və Sənaye Universitetində 15 Sentyabr – Bilik Günü qeyd edilib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNİB-2 VİDEO

Deputat: Türk dünyasına inteqrasiya olduqca vacibdir

BMU-da yeni tədris ilinin açılış mərasimi olub

Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir ŞƏRH

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı perspektivləri nəzərdən keçirilib

Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb

Cəlilabadda iki kənddə yeni məktəb binası istifadəyə verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaş müraciətlərini dinləyib

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub

DSX-nin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması qeyd olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir ŞƏRH

Azərbaycanlı rəssam Kann şəhərində beynəlxalq mükafata layiq görülüb

Polşa, Çexiya və Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər ediblər

Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var

Yeni tədris ilində Qarabağ Universitetində 3500-ə yaxın tələbə təhsil alacaq

Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

Azərbaycan və AİB enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Ağcabədidə fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

Hörmüzə alternativ “Petroline” kəmərinin fəaliyyətinin dayandırılması Səudiyyə Ərəbistanının neft ixracı yollarını daraldıb

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

Ekspert: Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın institusional xarakter aldığını göstərir

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

Fərhad Bədəlbəyli: Milli Musiqi Günü münasibətilə Bakıda zəngin proqram hazırlanıb

Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

“Kibertəhsil və süni intellekt” mövzusunda müzakirə

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub

ADPU şəbəkəsində qəbul planı 96,98 faizi yerinə yetirilib

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Ünvanlı dövlət sosial yardımı alan ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub

Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir – ŞƏRH

Aqil Şirinov: Tələbələr akademik biliklərlə yanaşı, şəxsi və peşəkar inkişafa da diqqət yetirməlidirlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir

Son 10 ildə tələbə sayı 4 mindən 8 minə çatdı – GDU-da Bilik Günü

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İnnovasiya haqqında 100 sual” təqdim edilib

Prorektor: ADPU-nun məzunlarından 1163 nəfəri əmək bazarına daxil olub

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

® Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klas olacaq

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

Norveç kralının varisləri milyonlarla dollar dəyərində sərvəti bölüşdürməli olacaqlar

Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir

Ekspert: Azərbaycan region üçün AI həlləri hazırlayan və ixrac edən ölkəyə çevrilə bilər

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

® “Bank of Baku”da səhiyyə işçilərinə özəl fürsət var: 80 min manatadək kredit 0 faiz komissiya ilə

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır

Prezident: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir

Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib

“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq

“Yüksəkkeyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri təqdim olunub

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir

NDU-nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib

“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib

Misir Mərdanov: Tarix siyasi məqsədlər üçün yenidən yazılmamalıdır

“ASAN AI Hub” platformasında 50-yə yaxın süni intellekt həlli təqdim olunub

Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib

Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub

AzTU-nun bakalavriat səviyyəsində qəbul planı 97 faiz yerinə yetirilib

Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binası istifadəyə verilib VİDEO

Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binası istifadəyə verilib VİDEO

Azərbaycan metanol ixracından qazancını cüzi artırıb

Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü  FOTOLAR VİDEO

Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü FOTOLAR VİDEO

Həsən Kodirov: Yəhya Bakuvinin əsərləri tərcümə edilib nəşr olunmalıdr

Naxçıvanda musiqi və incəsənət məktəblərində 4455 şagird tədrisə başlayıb

UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk professor: Yəhya Bakuvi Azərbaycanın mənəvi irsinin Anadoluda və Balkanlarda yayılmasında mühüm rol oynayıb

Xarici diplomatların Azərbaycanın ərazisində səfəri Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz ŞƏRH

Aqrar Sığorta Fondunda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir

“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub

Şəhərlərarası və şəhərətrafı bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Xankəndidən Afrikaya uzanan körpü: Qarabağ qələbəsi və TİKA-AİDA Tərəfdaşlığının Geosiyasi Məcəllələri

® “AccessBank” 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb

Uşağın məktəbə uyğunlaşması üçün nələrə diqqət yetirilməlidir? – təhsil eksperti izah edir

Diplomatik korpusun Qarabağa səfəri Azərbaycanın beynəlxalq siyasətdə verdiyi strateji mesajların canlı təqdimatıdır - ŞƏRH