MƏDƏNİYYƏT


Tofiq Quliyevin musiqilərindən ibarət rəqs-müzikl hazırlanıb

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası öz silsilə tədbirləri ilə yenidən ilkə imza atır. Gimnaziyanın xoreoqrafiya şöbəsinin 20 illik və Xalq Artisti Tofiq Quliyevin 100 illik yubileyləri ərəfəsində bəstəkarın musiqilərindən ibarət rəqs-müzikl tamaşası hazırlanıb. İdeya müəllifi Tahir Eynullayev olan tamaşada rəqslərə xoreoqrafiya şöbəsinin müəllimləri quruluş verib.

Tahir Eynullayev AZƏRTAC-a bildirib ki, hazırda həmin tamaşa ilə İncəsənət Gimnaziyasının şagirdləri paytaxtın konsert zallarında çıxış etməyə başlayıb. Müxtəlif təhsil ocaqlarında da bu müzikl təqdim edilir.

Qeyd edək ki, gimnaziyanın xoreoqrafiya şöbəsinin 20 illiyinin may ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.