İDMAN


Toğrul Əsgərov: Qızıl medalı əldən verdiyim üçün təəssüflənirəm

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Olimpiya Oyunlarından medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal qazanım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Togrul Əsgərov “İdman” qəzetinin redaktoru Qabil Mehdiyevlə söhbəti zamanı deyib.

“London-2012”nin qalibi olan güləşçimiz bildirib ki, yarımfinaldakı görüşü çox ağır keçsə də, qalib gəlib və finala köklənib. “Görüşün əvvəlində rəqibin bilmirəm başı, ya çiyni almacıq sümüyümə dəydi. Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi hiss etmirdim. Özümə gəlməyə macal da tapmadım. Həkimə müraciət edə bilərdim. Amma nə baş verdiyini heç anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özümə gələndə artıq gec idi”, - deyə o vurğulayıb.

Yarımfinaldakı rəqibi dünya çempionunun güclü olduğunu bildirən Toğrul Əsgərov deyib: “Onunla rəqabətdə qalib gəlib psixoloji üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızılı əldən verdim və buna görə təəssüflənirəm. Hələ də özümə gələ, bunu özümə bağışlaya bilmirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.