İDMAN


Toğrul Əsgərov: Sevinirəm ki, komandamızın “Rio-2016”da qazandığı 18 medalda mənim də payım var VİDEO

A+ A

Bakı, 23 avqust, Səxavət Quliyev, AZƏRTAC

Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm.

AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov bu fikirləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində səsləndirib.

Güləşçimiz bildirib ki, final görüşü mənim üçün uğursuz oldu. “Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu “Tokio-2020”də təkrarlayım”, - deyə Toğrul Əsgərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.