DÜNYA


Tokio-2020 Olimpiada və Paralimpiadasının keçirilməsi 1 trilyon 800 milyard yenə başa gələcək

Tokio, 21 dekabr, AZƏRTAC

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlığa cavabdeh olan dörd təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə dekabrın 21-də ikinci toplantı keçirilib. Toplantı zamanı oyunların təşkili ilə bağlı xərclərin azaldılması məsələsi müzakirə olunub.

Tokionun qubernatoru Yuriko Koike, Tokio təşkilat komitəsinin sədri Yoşiro Mori, Olimpiada və Paralimpiadanın keçirilməsinə məsul nazir Tamayo Marukava və Beynəlxalq Olimpiya Komitəsinin sədr müavini Con Kots televiziya konfransına qatılıblar.

Tokio təşkilat komitəsi oyunların keçirilməsi üçün hazırlanmış qiymət cədvəlini təqdim edib. Həmin cədvələ əsasən oyunların təşkilinə 1 trilyon 800 milyard yen (təqribən 15 milyard dollar) vəsaitin sərf olunması nəzərdə tutulur. İlk dəfə olaraq yarışlar üçün lazım olan konkret rəqəm açıqlanıb.

Y.Korike voleybol yarışlarının keçirilməsi məqsədilə tikiləcək obyektin planını bəyan edib. Rəsmi nümayəndələrin əvvəlki yığıncağında bu obyektin inşası təxirə salınmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.