İDMAN


“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate üzrə çəki dərəcələri müəyyənləşib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC 

Karateçilərin “Tokio-2020” Yay Olimpiya Oyunlarında çəki dərəcələri məlum olub.

AZƏRTAC xəbər verir ki, karate idman növü ilk dəfə Olimpiya oyunlarında kişi və qadınların hər birində üç çəki dərəcəsində və kata yarışları üzrə keçiriləcək. Bu qərar Dünya Karate Federasiyasının (WKF) Avstriyanın Linz şəhərində təşkil edilən növbəti konqresində qəbul edilib.

Tokio Olimpiya Oyunlarında iştirak etmək üçün kişilərdə 60, 67, eləcə də 84 və 84 kiloqramdan yuxarı, qadınlarda isə aşağı və yuxarı çəkilər 50, 55 və 68, 68 kiloqramdan yuxarı çəki dərəcələri birləşdiriləcək. Beləliklə kişilər kumitedə 67, 75 və 75 kiloqramdan yuxarı, qadınlar isə 55, 61 və 61 kiloqramdan yuxarı çəki dərəcələrində fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Nüfuzlu turnirdə komanda yarışları keçirilməyəcək.

Olimpiya təsnifatına gəlincə, WKF-nin reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında beynəlxalq qurum tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim ediləcək. Avropa və dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

1998-ci ildən WKF-yə rəhbərlik edən Antonio Espinos səsvermədə iştirak edən 82 nümayəndə heyətindən 79 səs toplayaraq daha 6 il müddətinə təşkilatın prezidenti seçilib. Konqresin gündəliyində duran digər məsələlərdən WKF-nin müxtəlif komitələrinin hesabatları dinlənilib və daha sonra 2017-2018-ci illərin büdcəsi təsdiqlənib. 2017-ci il iyunun 17-də “Dünya Karate günü” keçirilməsi ideyasına baxılıb. Konqresdə, həmçinin bildirilib ki, WKF-nin Beynəlxalq Olimpiya Komitəsi ilə Olimpiya kanalı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bundan başqa, 2019-cu ildə yeniyetmə və gənclərin dünya çempionatının İspaniyanın Tenerife şəhərində, 2020-ci ildə böyüklərin dünya çempionatının isə Dubayda keçirilməsi təsdiqlənib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının konqresində ölkəmizi Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirov, federasiyanın Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov və “Azərbaycan-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsində karate üzrə yarışlarının meneceri Vüsalə Vəliyeva təmsil edib.

Günün sonunda böyüklərin 24-cü dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. İki ildən bir keçirilən karate üzrə ən böyük bu yarışda 118 ölkədən 1024 idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.