DÜNYA
Tokio-2020 və Rio-2016 Olimpiya Oyunlarının təşkilat komitələri üzvlərinin görüşü keçirilir
Tokio, 28 noyabr, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin üzvlərinin Rio-de-Janeyro Oyunlarının təşkilat komitəsindəki həmkarları ilə görüşü keçirilir.
Noyabrın 28-də Tokioda təşkil edilən görüşün birinci günündə 2020-ci il Olimpiadasının təşkilat komitəsinin sədri Yoşiro Mori, Tokionun qubernatoru Yuriko Koike və Rio-de-Janeyronun meri Eduardo Paes də iştirak ediblər. Üç yüzədək iştirakçı Beynəlxalq Olimpiya Komitəsinin Rio-de-Janeyro Oyunlarının hazırlanmasına məsul olan üzvləri ilə panel müzakirələr aparılıb.
Üç gün davam edəcək görüşdə yarış yerlərinin hazırlanması və idarəetmə, təhlükəsizlik məsələləri və digər mövzularda diskussiyalar keçiriləcək.
Rio-de-Janeyro Oyunları təşkilat komitəsinin sədri Artur Nuzman bildirib ki, Oyunların nəticəsi olaraq ortaya çıxan maarifləndirici layihələr hazırda bu şəhərin əhəmiyyətli aktivləri kimi çıxış edir. Vurğulayıb ki, o, Tokionun bu irsin əhəmiyyətini dərk etməsini arzulayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio