İDMAN


“Tokio-2020”nin boks yarışlarının proqramında dəyişiklik olub

Bakı, 12 iyun, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsinə əsasən, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Yaponiyanın paytaxtında mübarizə aparacaq boksçuların çəki dərəcələri ilə bağlı qərar verib.

Yeni proqrama əsasən, “Gündoğar ölkə”də də bu növ üzrə mübarizədə 13 dəst medal oynanılacaq. Ancaq növbəti Olimpiadada kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Əvəzində qadın boksçularda iki çəki dərəcəsi artırılaraq, beşə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.

Bununla əlaqədar AİBA tərkibindəki müvafiq komissiyalarla müzakirələr aparıb, optimal variantların tapılmasını tapşırıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. Toplantıda “Tokio-2020”də boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.