DÜNYA


Tokio Fond Birjasında “Nikkey” indeksi 1000 bənddən çox qalxıb

A+ A

Tokio, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Tokio Fond Birjasında aparıcı “Nikkey” indeksi bir gün əvvəl baş verən kəskin eniş qarşısında 1000 bənddən çox qalxıb.

Birja icmalçılarının bildirdiyinə görə, investorlar noyabrın 9-da Nyu-York fond bazarında baş verən əhəmiyyətli artıma reaksiya veriblər.

Tokio Valyuta Birjasında isə investorlar milli valyuta olan yenin satışını artırıblar. ABŞ milli valyutasının dəyəri Prezident D.Trampın rəhbərliyi ilə iqtisadi artımın gözlənilməsi fonunda qalxmağa başlayıb.

Noyabrın 10-da yapon yeninin məzənnəsi aşağı düşərək bir dollar üçün 105 yenə bərabər olub.

Birja icmalçılarının qənaətinə görə, D.Trampın vergilərin azaldılması və infrastruktur investisiyalarının artırılması barədə çağırışları uzunmüddətli faiz dərəcələrinin və dolların məzənnəsinin qalxmasına səbəb olub.

Bununla yanaşı, onlar qeyd ediblər ki, bazardakı qeyri-sabitlik yaxın zamanlarda davam edəcək. Çünki investorların əksəriyyəti D.Trampın siyasətini ciddi qəbul etmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.