DÜNYA


Tokio Fond Birjasında “Nikkey” indeksi 20 min bəndi keçib

Tokio, 2 iyun, AZƏRTAC 

İyunun 2-də günün birinci yarısında Tokio Fond Birjasında aparıcı “Nikkey” indeksi 20 min bəndi keçib.

NHK telekanalının yaydığı məlumata görə, bu, son bir il yarımda ilk dəfə baş verib. Uoll-Stritdə keçirilən hərraclar investorları oyunun səviyyəsini qaldırmağa ruhlandırıb.

“Nikey” indeksi son dəfə 20 min bənd həddini 2015-ci ilin dekabrında aşmışdı.

Tokio Fond Birjasında səhər sessiyasından sonra “Nikkey” indeksi 20.139 bəndində qərarlaşıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.