DÜNYA


Tokio Fond Birjasında “Nikkey” indeksi cari ildə rekord həddə çatıb

Tokio, 17 dekabr, AZƏRTAC

Tokio Fond Birjasında kotirovkalar cari ilin rekord həddinə çatıb. Bunun səbəbi kimi milli valyuta yenin aşağı məzənnəsi nəticəsində yapon ixracatçıların gəlirlərinin artması istiqamətində proqnozlar göstərilir.

Noyabrın 16-na olan nəticələrə görə, əsas orta indeks olan “Nikkey” 19401 bənd səviyyəsində qərarlaşıb. Bu, bir gün əvvəl qeydə alınan göstəricidən 127 bənd yuxarıdır.

Həmin gün ticari əməliyyatların ümumi həcmi 2 milyard 310 milyon səhm təşkil edib.

Birja mənbələrinin bildiridiyinə görə, səhmlərin qiyməti ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini artırdıqdan sonra da yuxarı həddə qalıb. Onlar deyiblər ki, investorlar getdikcə daha cəsarətli olmağa başlayıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.