DÜNYA


Tokio Olimpiadasında özüidarəolunan taksilərdən istifadə ediləcək

Tokio, 15 iyun, AZƏRTAC 

Yaponiyanın taksimotor şirkətlərindən biri Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı dövlət yollarında özüidarəolunan avtomobillərin tətbiqi üçün müvafiq texnologiyalar hazırlayan şirkətlə əməkdaşlıq edir.

Əsasən Tokio şəhərini əhatə edən “Hinomaru Kotsu” taksimotor şirkəti bunu iyunun 15-də “ZMP” şirkəti ilə birlikdə keçirilən mətbuat konfransında bəyan edib. Hər iki şirkət 2020-ci ildə sürücüsüz taksilərdən istifadəni qarşıya əsas vəzifə kimi qoyduqlarını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.