DÜNYA


Tokio Ticarət Birjası yeni sistem üzrə fəaliyyətə başlayıb

A+ A

Tokio, 21 sentyabr, AZƏRTAC

Tokio Ticarət Birjası investisiyaların cəlb edilməsinə daha çevik şərait yaradan yeni sistem üzrə fəaliyyətə başlayıb. Bu sistem ticarət saatlarının uzadılmasını nəzərdə tutur.

Birjada xam neft, qızıl və digər məhsulların ticarəti fyuçerslər vasitəsilə aparılır. Lakin son vaxtlar xarici bazarlarda artan rəqabətlə əlaqədar olaraq, günün qızğın saatlarında burada ticarət üçdəbir qədər azalıb.

Sentyabrın 19-dan tətbiq edilən daha çevik yeni sistem nəticəsində birjada iş saatı həmişəkindən 15 dəqiqə tez, 8:45-də başlayır. Gecə sessiyası isə əvvəllər olduğu kimi saat 4-də yox, 5:30-da başa çatır.

Birjanın prezidenti Takamati Hamada bildirib ki, əmtəələrin dövriyyəsinin artması ticarət bazarında sabitliyin möhkəmlənməsinə səbəb olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.