DÜNYA


Tokio assambleyasına seçkilər keçirilir

Tokio, 2 iyul, AZƏRTAC 

İyulun 2-də Yaponiya paytaxtının qanunverici orqanına seçkilər keçirilir. Seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.

Tokio assambleyasındakı 127 yer uğrunda ümumilikdə 254 namizəd mübarizə aparır. Seçkilərdə əsas mübarizə hazırda assambleyadakı yerlərin əksəriyyətinə sahib olan Baş nazir Şinzo Abenin başçılıq etdiyi Liberal Demokratik Partiya ilə yeni “Prefektura sakinləri hər şeydən üstündür” Partiyası arasında gedir. Bu partiyaya paytaxt sakinləri arasında böyük nüfuza malik olan Tokio qubernatoru Yuriko Koike rəhbərlik edir. Son məlumatlara görə, hazırda mübarizə bərabər səviyyədə davam edir.

Gərgin mübarizə şəraitində 2013-cü ildə keçirilən seçkilərdən fərqli olaraq, daha çox seçicinin məntəqələrə gələcəyi gözlənilir. Həmin vaxt seçicilərin yalnız 43,5 faizi seçkilərdə iştirak etmişdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.