DÜNYA


Tokio paytaxt assambleyasına seçki kampaniyasına rəsmi olaraq start verilib

Tokio, 23 iyun, AZƏRTAC

Tokio paytaxt assambleyasına deputatlığa namizədlər iyunun 23-də rəsmi olaraq seçki kampaniyasına başlayıblar. Yaponiyanın siyasi partiyaları bu seçkiləri ictimai rəyin “barometr”i hesab edirlər. Assambleyadakı 127 yer uğrunda Tokionun 42 seçki dairəsində mübarizə aparılacaq.

Tokio qubernatoru Yurike Koike istəyir ki, onun yeni yaratdığı “Hər şeydən əvvəl şəhər sakinləri” siyasi partiyası və onların tərəfdarları yerlərin çoxunu qazansınlar.

Yeni partiyanın tərəfdarları arasında ötən il assambleyada Liberal Demokratik Partiya ilə əməkdaşlığın 10 illiyini qeyd etmiş Komey Partiyasının üzvləri də var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.