DÜNYA


Tokio polisi Hellouin bayramı ilə əlaqədar tam hazır vəziyyətə gətirilib

A+ A

Tokio, 28 oktyabr, AZƏRTAC

Tokio polisi cari həftənin axırlarında qeyd olunacaq Hellouin bayramı ilə əlaqədar tam hazır vəziyyətə gətirilib. Rəngarəng bayram kostyumları geymiş insanlar həmin günləri böyük təntənə ilə qeyd etməyə hazırlaşırlar.

Hər il oktyabrın 31-də çoxsaylı polis qüvvələri bayramla əlaqədar Tokionun məşhur əyləncə mərkəzləri olan Şibuya, Ropponqi və digər yerlərdə asayişi qoruyurlar.

Cari ildə bu bayramın daha təntənəli keçiriləcəyi gözlənilir. Belə ki, bayramın istirahət günlərinə təsadüf etməsi ona xüsusi rəng qatacaq.

Polisin məlumatına görə, bu il təhlükəsizliyin qorunmasına əvvəlki illərdə olduğundan daha çox qüvvə cəlb ediləcək. Həmin günlərdə 100-dən çox tədbirin keçiriləcəyi Şibuya rayonuna çoxlu sayda polis əməkdaşı cəlb ediləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.