DÜNYA


Tokio qubernatoru “Ikebukuro Halloween Cosplay Fes-2016” festivalında iştirakçıları bayram kostyumunda salamlayıb

A+ A

Tokio, 29 oktyabr, AZƏRTAC

“Hellouin” bayramına iki gün qalmasına baxmayaraq, Tokionun müxtəlif yerlərində bayram şənlikləri təşkil edilib. Belə tədbirlərdən birinin keçirildiyi İkebukuro rayonunda Tokionun qubernatoru xanım Yuriko Koike iştirakçıları komiks qəhrəmanlarından birinin kostyumunda salamlayıb.

Qubernator bildirib ki, yapon animeləri və manqaları “Cool Japan” və ya “Möhtəşəm Yaponiya” konsepsiyasının ən parlaq nümunələridir.

“Ikebukuro Halloween Cosplay Fes-2016” festivalının təşkilatçıları bayram günlərində keçiriləcək tədbirlərdə 15 mindən çox insanın iştirak edəcəyini gözləyirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.