DÜNYA


Tokio qubernatorunun partiyası paytaxt assambleyasına keçirilən seçkilərdə qalib gəlib

Tokio, 3 iyul, AZƏRTAC 

Tokio qubernatoru Yuriko Koikenin rəhbərlik etdiyi “Prefektura sakinləri hər şeydən üstündür” partiyası və onun müttəfiqləri iyulun 2-də paytaxt assambleyasına keçirilən seçkilərdə böyük üstünlüklə qələbə qazanıblar.

AZƏRTAC NHK telekanalının yaydığı məlumata əsasən bildirir ki, altı bitərəf namizədi də öz sıralarına qatan partiya assembleyada 55 yerə sahib olub. Həmin partiya hazırda assambleyda ən çoxsaylı deputat yerinə malik olan siyasi təşkilatdır.

Məlumatda qeyd edilir ki, “Prefektura sakinləri hər şeydən üstündür” partiyası müttəfiqləri ilə birlikdə assambleyadakı 127 yerdən 79-a yiyələnib.

Seçkilərə qədər assambleyada yerlərin çoxu Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiyaya (LDP) məxsus idi. Əvvəllər assambleyada 57 yerə sahib olan bu partiya seçkilərdən sonra cəmi 23 mandat qazana bilib.

Hazırda LDP-nin baş katibi olan Hakubun Şimomura partiyanın Tokio təşkilatının sədrliyindən istefa verəcəyini bildirib. Seçkilərin nəticələrinin seçicilərin Ş.Abe administrasiyasından narazılığını göstərdiyini bildirən LDP üzvləri Nazirlər Kabinetinin tərkibində dəyişikliklərə çağırıblar.

LDP-nin məğlubiyyətinin səbəbi kimi, Yaponiyanın qərbində təhsil müəssisəsinin yaradılması planı göstərilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.