REGİONLAR


Tokio televiziyasının əməkdaşları Naftalanın turizm imkanlarından bəhs edən süjet hazırlayacaqlar

Naftalan, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Yaponiyanın Tokio televiziyasının əməkdaşları ölkəmizə bir həftəlik səfərləri çərçivəsində Naftalanda olub və şəhərin turizm imkanlarına dair süjet üçün video çəkilişlər ediblər.

Bu barədə AZƏRTAC-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 4-dən 11-dək ölkəmizdə olan Tokio televiziyasının müxbiri Tadaaki Aoki və operator Keisuke Endo Naftalanda möcüzəli balneoloji palçıq-neft vannaları, onun şəfaverici xüsusiyyətindən bəhs edən film üçün video çəkilişlər aparıblar.

Televiziya əməkdaşları əsasən “Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində, həmçinin “Çinar” oteldə turistlər üçün yaradılan şəraitlə maraqlanıb, burada müalicə olunan xəstələrdən müsahibələr alıblar.

Onlar qeyd ediblər ki, 1904-cü ildə Rus-Yapon müharibəsi dövründə hər bir yapon əsgərinin fərdi aptekində ilk yardım vasitəsi kimi bir banka Naftalan məlhəmi olub. Bankanın üzərindəki yarlıqda bu sözlər yazılıb: “Bu məlhəmi olan şəxsin yaralardan qorxusu yoxdur”. Məhz həmin fakt və Naftalanın müalicəvi əhəmiyyətli palçıq-neft vannaları yaponlarda böyük maraq yaratdığı üçün onlar Azərbaycana səfər edib və bu diyardan bəhs edəcək süjetin çəkilişlərinə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.