DÜNYA


Tokioda Oyuncaqlar Sərgisi davam edir

Tokio, 4 iyun, AZƏRTAC 

İyunun 1-də Tokioda açılan Yaponiyanın ən böyük oyuncaq sərgisi davam edir.

Sayca 56-cı olan bu sərgi Koto rayonunda yerləşən “Tokyo Big Sight” sərgi mərkəzində fəaliyyətə başlayıb. Bu il sərgidə 150 şirkət tərəfindən 35 min eksponat nümayiş olunur. Eksponatlar arasında ən populyar anime filmlərindən tutmuş, istifadəçilərə robotlar vasitəsilə kompyuter proqramlarını öyrənməyə kömək edən oyuncaqlara rast gəlmək olar.

Sərgidə virtual texnologiyalara da geniş yer ayrılıb. İstifadəçilərə bu texnologiyalardan yararlanmaq imkanı verən oyuncaq tüfəng onlarda kosmik məkanda atəş açmaq təəssüratı yaradır.

İyunun 4-də başa çatan sərginin iki günü alıcılar, qalan günləri isə həvəskarlar üçün nəzərdə tutulmuşdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.