İDMAN


Tokioda bədii gimnastika üzrə “AEON CUP-2016” klublararası dünya çempionatı başlayıb

A+ A

Tokio, 10 sentyabr, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2015” keçirilir. Yarışda dünyanın 26 ölkəsinin 31 klubunu təmsil edən 93 gimnast mübarizə aparır.

Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Komandamızın tərkibində yuniorka gimnast Zöhrə Ağamirova, sinyorka gimnastlar Jalə Piriyeva və Marina Durunda çıxış ediblər. Həmin günün nəticələrinə görə komandamız 98.762 xalla dördüncü yerdə qərarlaşıb.

“Ocaq Sport Club”un baş məşqçisi Marianna Vasilyeva AZƏRTAC-ın xüsusi müxbirinə deyib: “Qızlarımızın çıxışı uğurlu alınıb və ümid edirik ki, budəfəki klublararası dünya çempionatında daha üstün yer əldə edəcəyik”.

Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldığı çempionat sentyabrın 11-də başa çatacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.