DÜNYA


Tokioda sərnişin təyyarəsi qəza enişi edib

Tokio, 23 iyun, AZƏRTAC

ABŞ-ın “Delta” şirkətinə məxsus sərnişin təyyarəsi iyunun 22-də axşam Tokionun beynəlxalq Haneda aeroportunda qəza enişi edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təyyarə Cənubi Koreyanın İnçxon aeroportundan havaya qalxıb və DL26 reysi üzrə Atlantaya uçurmuş. Agentliyin bildirdiyinə görə, uçuş zamanı təyyarədə problem yaranıb və göyərtədə tüstü müşahidə edilib. Bundan sonra təyyarənin yaxınlıqdakı Haneda aeroportuna enməsi barədə qərar qəbul edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.