Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tokionun “Citizens School” beyin mərkəzində Azərbaycan haqqında təqdimat keçirilmişdir VİDEO

Tokio, 31 yanvar (AZƏRTAC). Yanvarın 30-da Yaponiya parlamentinin Tokiodan seçilmiş deputatı, hakim Liberal Demokratik Partiyanın (LDP) üzvü Haruyasu Tateişinin dəvəti ilə Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə “Citizens School” beyin mərkəzində ölkəmiz barədə təqdimatla çıxış etmişdir.

H.Tateişinin təsisçisi olduğu “Citizens School” beyin mərkəzində G.İsmayılzadə çıxış edən ilk əcnəbi səfir olmuşdur.

Tədbirdə Yaponiya parlamentinin üzvləri, iş adamları və Tokio ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

G.İsmayılzadə təbdir iştirakçılarını 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi münasibətilə təbrik etmişdir. Səfir bu Olimpiya Oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısında Azərbaycanın paytaxtı Bakının da olması barədə məlumat vermiş, 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini diqqətə çatdırmışdır. Səfir, həmçinin UNESCO-nun Bakıda keçirilmiş beynəlxalq konfransında yapon milli mətbəxi “Vaşoku”nun bu təşkilatın qeyri-maddi mədəni irs siyahısına salınması münasibətilə də təbriklərini çatdırmışdır.

Sonra Azərbaycan, onun tarixi, ölkə rəhbərliyinin daxili və xarici siyasəti, respublikamızın son illər əldə etdiyi iqtisadi uğurlar, həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilmişdir. Səfir ölkə rəhbərliyi tərəfindən görülmüş işlər nəticəsində Azərbaycanın sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyini bildirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində son illər ümumi daxili məhsulun bir neçə dəfə artmasından, ölkəyə sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılmasından bəhs olunmuşdur.

G.İsmayılzadə 2013-cü il oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında tədbir iştirakçılarını məlumatlandırmış, seçkilərinin azad, ədalətli və şəffaf, beynəlxalq təşkilatlar və müstəqil müşahidəçilərin də qeyd etdikləri kimi, qanun pozuntusu olmadan, demokratik şəkildə keçirildiyini, Azərbaycan xalqının səsvermə prosesində fəal iştirak etdiyini və texniki təminatın yüksək səviyyədə olduğunu bildirmişdir.

`Azərbaycanın coğrafi mövqeyinin ölkənin tarixinə və xarici siyasət istiqamətlərinin formallaşmasına təsiri barədə məlumat verən diplomat regional sabitliyin əsasında bölgə dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını bildirmişdir. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğu qeyd edilmişdir. Regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu bildirilmiş, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi haqda məlumat verilmişdir. Münaqişənin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunan səfir problemin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə də iştirakçıları məlumatlandırmışdır. Bildirilmişdir ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi nəticəsində bu dövlət regional inteqrasiya proseslərindən tamamilə kənarda qalmışdır.

Sonra Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycanın siyasi və strateji üstünlükləri barədə məlumat verilmiş, ölkəmizin yalnız əlverişli nəqliyyat dəhlizi deyil, həmçinin mədəniyyətlərarası dialoqda vacib rol oynayan bir dövlət kimi tanındığı bildirilmişdir. Azərbaycanın tolerantlıq nümunəsi olduğu, müxtəlif mədəniyyətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı məkana çevrildiyi qeyd edilmişdir.

Azərbaycanın son illər təkcə regionda deyil, həm də beynəlxalq aləmdə nüfuzunun artdığını vurğulayan səfir ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu vurğulamışdır. Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz, eləcə də TAP layihələri barədə ətraflı məlumat verilmişdir. Hazırda enerji sahəsində prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan danışmışdır. Yaponiyanın “Itochu” və “İnpex” şirkətlərinin də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin iştirakçıları olduğu bildirilmişdir.

Bununla yanaşı, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcud olduğu bildirilmişdir.

Təqdimatda Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılmış, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanmışdır.

Səfir Azərbaycan-Yaponiya əlaqələri barədə ətraflı məlumat vermiş, iki dost ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirmişdir.

Azərbaycanın müstəqilliyinin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda xalqın mübarizəsindən danışan diplomat 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında da məlumat vermişdir. G.İsmayılzadə Qanlı Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirmişdir. 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi xalqımızın qan yaddaşına yazıldığı qeyd edilmişdir. Bildirilmişdir ki, 20 Yanvar Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzidir.

Daha sonra erməni işğalçıları və sovet ordusunun 366-cı motoatıcı alayının Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında danışılmışdır. Bu kütləvi qırğın zamanı qocalar, uşaqlar, qadınlar da daxil olmaqla 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin şikəst edildiyi, 1275 insanın əsir götürülərək ağlasığmaz zülmə və həqarətlərə məruz qaldığı, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı qeyd edilmişdir. Səfir Xocalıda erməni cəlladları tərəfindən törədilənlərin yalnız Azərbaycan xalqına qarşı soyqırımı deyil, həm də bəşəriyyət, insanlıq əleyhinə qanlı cinayət olduğunu söyləmişdir.

G.İsmayılzadə iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Tədbirin sonunda çıxış edən Haruyasu Tateişi Azərbaycanın son illər əldə etdiyi uğurlardan məlumatlı olduqlarını bildirmiş, Yaponiya siyasətçilərinin, xüsusilə Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvlərinin ölkəmizin nailiyyətlərinə sevindiklərini vurğulamışdır. O, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın əhəmiyyətindən danışmış, yaranmış şəraitdən faydalanmağın, bu dost ölkə ilə əlaqələri inkişaf etdirməyin önəmini vurğulamışdır.

Tədbirdə iştirakçılara yapon dilində nəşr edilmiş “İRS-İsan” jurnalının dördüncü buraxılışı paylanmışdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Tokionun “Citizens School” beyin mərkəzində Azərbaycan haqqında təqdimat keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib