DÜNYA


Tokionun Tsukizi balıq bazarında yanğın baş verib

Tokio, 4 avqust, AZƏRTAC 

Tokionun Tsukizi balıq bazarında yanğın baş verib. NHK telekanalının yaydığı məlumatda qeyd edilir ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlər bazarın xaricindən yanğının söndürülməsinə başlayıblar. Burada təqribən 400 ticarət müəssisəsi, o cümlədən əcnəbi turistləri cəlb edən restoranlar yerləşir.

Tokio Yanğınsöndürmə İdarəsinin məlumatına görə, yanğının üçmərtəbəli binada başladığı güman olunur. Qonşuluqdakı altı binaya yayılan yanğın nəticəsində 900 kvadratmetrdən çox sahə yanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.