DÜNYA


Tokionun məşhur balıq bazarı yeni yerə köçürüləcək

Tokio, 22 iyun, AZƏRTAC 

Tokionun qubernatoru xanım Yuriko Koike bəyan edib ki, paytaxtın məşhur Tsukizi balıq bazarı böyük mübahisələrə səbəb olmuş yeni yerə köçürüləcək. Bazarın köçürülməsi planı artıq təqdim edilib.

Tokionun məşhur balıq bazarının yerləşdiyi Tsukizi rayonu turistlər arasında populyarlığı ilə seçilir. Lakin bu bazarın yaşı artıq 80-ni keçib və ötən illər ərzində o, artıq əvvəlki vəziyyətini saxlaya bilməyib.

İlkin plana əsasən, bazar qonşuluqda yerləşən Toyoşu rayonuna köçürülməli idi. Lakin Tokionun yeni qubernatoru təhlükəsizlik problemlərini nəzərə alaraq, həmin planın həyata keçirilməsini dayandırıb. Aparılan araşdırmalardan sonra bazar üçün seçilmiş yeni ərazidəki yeraltı sularda yüksək dərəcədə zəhərli maddələr aşkar edilib. Yeni plana əsasən, bazar Toyoşu rayonuna köçürülsə də əvvəlki bazarda yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra bazarın müəyyən hissəsi yenidən Tsukuziyə qaytarılacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.