DÜNYA


Tokionun şimal-şərqində zəlzələ baş verib

A+ A

Tokio, 6 yanvar, AZƏRTAC

Yanvarın 5-dən 6-a keçən gecə Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri 2011-ci ilin martında güclü qəzanın baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasının yerləşdiyi Fukusima prefekturasının sahillərinə təsadüf edib. Təbiət hadisəsinin ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.