CƏMİYYƏT
“Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” layihəsinin icrasına start verilib
Bakı, 1 sentyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” layihəsinin icrasına start verib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə İctimai Birliyinin sədri Çingiz Bayramov layihə barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycanda çoxəsrlik multikulturalizm, tolerantlıq ənənələri, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri haqqında gənclərə məlumat vermək, azərbaycançılıq ideyasının təbliği üçün milli və dini maarifçilik, mədəniyyətlərarası dialoq, tolerantlıq mövzularına marağın artırılmasıdır.
Digər çıxışlarda da layihənin əhəmiyyətindən danışılıb, Azərbaycanın tolerantlıq sahəsində zəngin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Layihə Azərbaycanın 5 bölgəsində - Zaqatala, Qax, Astara, Şamaxı şəhərlərində və Bakının Yasamal rayonunda keçiriləcək.