Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tolerantlıq fərqliliyə hörmətdir

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənovun “Tolerantlıq fərqliliyə hörmətdir” sərlövhəli məqaləsi AZƏRTAC-a daxil olub. Bu məqaləni diqqətinizə təqdim edirik.

“XX əsr çoxsaylı nailiyyətləri və kataklizmləri ilə tarixə qovuşub, lakin məhz bu əsrin meydana gətirdiyi xeyli problem qalıb. Bu sıradan millətlərarası və dövlətlərarası ziddiyyətlərin güclənməsi, ksenofobiyanın və ekstremizmin artması və s. bəşəriyyətin qarşısında ən aktual problemlər kimi durmaqda davam edir.

Onlarla mübarizədə səyləri birləşdirmək məqsədilə 20 il əvvəl Parisdə UNESCO-ya üzv dövlətlərin Baş Konfransının 28-ci sessiyasında “Tolerantlıq prinsiplərinin deklarasiyası” qəbul olunub, noyabrın 16-sı isə Beynəlxalq Tolerantlıq Günü elan edilib.

XXI əsrdə tolerantlıq “şərə müqavimət göstərməmək”, sonsuz dözümlülüyün təbliği kimi deyil, zorakılığa, qanunsuzluğa qarşı qəti çıxış, həyata fəal münasibət və insanın danılmaz hüquqlarının tanınması kimi başa düşülür.

Tolerantlıq məşhur “Mənim tərəfimdə olmayan mənim əleyhimədir” prinsipinin əvəzinə “Mənim tərəfimdə olmayan mənim əleyhimə olmaya da bilər” kimi yeni prinsip irəli sürür.

Tolerantlıq Azərbaycan cəmiyyətinə də əsrlər boyu xas olan böyük sərvətdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” sözləri bu baxımdan xalqımızın ən yaxşı xarakteristikasıdır. Azərbaycan müxtəlif xalqların və dinlərin nadir məkanı, nadir birliyidir. Bu birliyin tarixində etnik və ya dini zəmində toqquşmalar və diskriminasiyalar olmayıb. Bu gün ölkəmizdə yaşayan xalqlar öz milli mədəniyyətlərini, dillərini inkişaf etdirmək imkanlarına malikdirlər. Ölkəmizdə məscidlərlə yanaşı, 12 kilsə (o cümlədən alban) və 6 sinaqoq fəaliyyət göstərir.

Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan hər zaman harmonik mövcud olan, müxtəlif, bir-birini tamamlayan və vahid mədəniyyət formalaşdıran, dünyada multikulturalizmin xüsusi, ən uğurlu modellərindən birinin bərqərar olduğu ərazi olub. Azərbaycan etnik, konfessional, mədəni müxtəlifliklərin unikal birliyinin nümayəndələri üçün doğma ana ola bilib. Çox ölkə və xalqlardan fərqli olaraq, onları özününkülərə və yadlara ayırmayıb, hamıya eyni qayğı və məhəbbətlə yanaşıb.

Dahi Heydər Əliyev ölkəmiz üçün taleyüklü azərbaycançılıq konsepsiyasını hazırlayanda məhz Azərbaycan cəmiyyətinin bu tarixi xüsusiyyətinə, xalqımıza xas olan dəyərlərə söykənib. Ulu Öndər vurğulayıb: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”. Öz bədxahları tərəfindən millətlərarası ayrı-seçkilik və siyasi anarxiya girdabına sürüklənən Azərbaycan onun üçün hazırlanmış qibtə olunmayacaq taledən məhz Heydər Əliyevin ümumxalq nüfuzu və müdrikliyi sayəsində qurtularaq, güclü, iqtisadi cəhətdən inkişaf edən, sabit, çiçəklənən, ərazisində yaşayan bütün millətlərin və xalqların vətəninə çevrilib. Dahi Heydər Əliyev hesab edirdi ki, "Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". Onun irəli sürdüyü, əsas tərkib hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasında (25, 44, 45-ci maddələr) təsbit olunmuş azərbaycançılıq konsepsiyası ölkədə çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli mühiti təmin etdi, vətəndaşların vahid bayraq altında birləşməsində həlledici rol oynadı.

Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti və uzaqgörənliyi nəticəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəldilib, Azərbaycanın dövləti siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib.

Dünyanın çox ölkələrinin dini ekstremizm, ksenofobiya, aqressiv islamofobiya, millətçilik problemləri ilə qarşılaşdığı zaman Azərbaycanın uğurlu multikulturalizm modeli, ölkədə hökm sürən tolerantlıq mühiti və konfessiyalararası əməkdaşlıq dünyanın dini liderləri, məşhur siyasi xadimləri, ədəbiyyat və incəsənət xadimləri tərəfindən dəfələrlə qeyd edilib. Bir misal gətirim. Bu il noyabrın əvvəlində ABŞ-ın yəhudi icmasının nümayəndələrindən ibarət böyük qrup Azərbaycanda olub. Onlar din xadimləri, Azərbaycan hökumətinin nümayəndələri ilə görüşlər keçirib, ölkədə fəaliyyət göstərən yəhudi sinaqoqlarına baş çəkiblər. Onlardan biri – Los-Ancelesdə Sinay məbədinin ravvini Devid Volpe vətəninə qayıtdıqdan sonra Azərbaycanda olması ilə bağlı məqalə dərc etdirib. Məqaləsində özünü ən demokratik hesab edən Avropa ölkələrində, habelə ABŞ-da dindar yəhudinin sinaqoqa getməsinin heç də asan olmadığını qeyd edən müəllif vurğulayır ki, Azərbaycan bu baxımdan çox xoşagələn istisnadır. O yazıb: “Bir həftə əvvəl Yerusəlimdə keçirilən görüşdə israilli diplomat bizim qrupumuza dedi: “Mən başıma kipa qoyub İsveçin küçələrində gəzişmək istəsəydim, bunu etməzdən əvvəl fikirləşərdim. Lakin Azərbaycanda sizə heç kimi fikir verməyəcək”. Mən bu fikrin dəqiqliyini tamamilə təsdiq edə bilərəm. Bir həftə ərzində başımda kipa küçələri gəzdim, hər yerdə insanlar mənə nəzakət və hörmətlə yanaşdılar”.

Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, “multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği, hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır”. Azərbaycan dövlətinin başçısı XXI əsrdə multikulturalizmin alternativinin olmadığını bildirərək vurğulayıb: “Bəzən eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirəm ki, biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Azərbaycanda bu sahədə toplanmış təcrübə müsbət təcrübədir”.

Azərbaycan Prezidentinin dünyada multikultural ənənələrin öyrənilməsi, dünya ictimaiyyətinin ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində təcrübəsi ilə tanış edilməsinə dair qarşıya qoyduğu vəzifə uğurla yerinə yetirilir.

Ölkədə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində, dünya ictimaiyyətinin Azərbaycanda bərqərar olmuş tolerantlıq, multikulturalizm mühiti ilə tanış olmasında Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu var. Fondun həyata keçirdiyi "Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Mədəniyyətlərarası dialoqda qadınların rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” layihələri, dünyanın ən böyük mədəniyyət mərkəzlərində keçirilən “Azərbaycan - tolerantlıq məkanı” fotosərgiləri bu xeyirxah məqsədlərə xidmət edir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müvafiq sahədə böyük işlər görür. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir (məsələn, “Azərbaycan multikulturalizminə səyahət”, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi”, habelə Azərbaycan multikultualizminin ədəbi-bədii, elmi-fəlsəfi mənbələrinə həsr edilən seriyaların hazırlanması və nəşri).

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib: “Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub