MƏDƏNİYYƏT


Tolerantlıq mövzusunda video və foto müsabiqəsi elan edilib

Bakı, 4 avqust, AZƏRTAC

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi “Xəyal et” Avropa Tolerantlıq Festivalı çərçivəsində Azərbaycanda “Daha yaxşı bir dünya xəyal et” adlı video və foto müsabiqəsini elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə 18-30 yaş arası Azərbaycan vətəndaşları iştirak edə bilər. Təqdim edilən foto və videolar tolerantlıq mövzusunu əks etdirməlidir. Fotolar yüksək keyfiyyətli 5 meqabaytdan çox olmamaq şərti ilə, videolar isə 3-5 dəqiqə olmalı və Azərbaycanda çəkilməlidir. Hər iştirakçı eyni vaxtda bir foto və bir video təqdim edə bilər. İşlər sentyabrın 24-dək qəbul olunur.

İlk mərhələdə 25 video və 25 foto olmaqla 50 iş qəbul ediləcək. Münsiflər heyəti tərəfindən 15 video və 15 foto seçilərək festivala təqdim olunacaq. Festivalda bu işlərdən ikisi seçilərək mükafatlandırılacaq. Otuz işin müəllifinə isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən sertifikatlar veriləcək.

Müsabiqə haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://sizinavropa.az/article/xeyal-et-daha-yaxsi-bir-duenya

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.