MƏDƏNİYYƏT
“Tom Ford”dan xüsusi festival güzəştləri
Bakı, 24 aprel, AZƏRTAC
Paytaxtımızda dünyaсa məşhur brendi təmsil edən “Tom Ford” qadın və kişi malları mağazalarında festival fürsətlərini qaçırmayın. Bakı Şopinq Festivalının iştirakçısı olan “Tom Ford” mağazalarında mayın 10-dək yüksək keyfiyyətli malları aşağı qiymətə ala bilərsiniz.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakının mərkəzində - Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşən “Tom Ford” kişi və Əziz Əliyev küçəsi, 1B ünvanında yerləşən “Tom Ford” qadın malları mağazalarında təkliflər daha sərfəli oldu. Turistlər və Bakı sakinləri “Tom Ford” mağazalarında nəzərə çarpacaq qədər qənaət edə bilərlər. Belə ki, “Tom Ford” mağazaları seçilmiş mallarına festivalın sonuna qədər 30 faizədək güzəştlər edir. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Xatırladaq ki, bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə, Bakı Şopinq Festivalı boyu “Tom Ford” mağazalarında alış-veriş etməyə tələsin.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə edilən yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcək.