MƏDƏNİYYƏT
“Tom Ford”dan xüsusi şopinq güzəştləri
Bakı, 25 aprel, AZƏRTAC
Paytaxtımızda dünyaсa məşhur olan brendi təmsil edən “Tom Ford” men və “Tom Ford” women mağazalarında olan Festival fürsətlərini qaçırmayın. Bakı Şopinq Festivalının iştirakçısı olan “Tom Ford” mağazalarında mayın 10-dək yüksəkkeyfiyyətli malları aşağı qiymətə ala bilərsiniz.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin mərkəzində – Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşən “Tom Ford” men və Əziz Əliyev küçəsi, 1 B ünvanında yerləşən “Tom Ford” women mağazalarında təkliflər daha sərfəli oldu. Turistlər və Bakı sakinləri “Tom Ford” mağazalarında nəzərəçarpacaq qədər qənaət edə bilərlər. Belə ki, “Tom Ford” mağazaları seçilmiş mallarına Festivalın sonuna qədər 30 faizədək güzəştlər edir. Eləcə də alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Xatırladaq ki, bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyu “Tom Ford” mağazalarında alış-veriş etməyə tələsin!