İDMAN


Tomaş Ayan yenidən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilib

Bakı, 30 may, AZƏRTAC 

Tailandın paytaxtı Banqkokda Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti vəzifəsinə seçkilər keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, bu vəzifəyə əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olublar.

Tədbirdə Azərbaycanı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və rəyasət heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

Seçkilərdə 86 səs toplayaraq rəqibini 25 səs qabaqlayan T.Ayan yenidən IWF-in prezidenti seçilib. On iki bu vəzifədə çalışan T.Ayan daha dörd il beynəlxalq quruma rəhbərlik edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov seçkilərdə qalib gələn Tomaş Ayanı təbrik edib, ona uğurlar arzulayıb, federasiyalar arasındakı dostluq əlaqələrinin davam edəcəyinə inamını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.