İDMAN


Tomas Bax Rusiya atletlərinin sanksiyaya məruz qalmasının əsl səbəbini bilmir

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax üçün Rusiya atletlərinə Rio Yay Olimpiya Oyunlarında iştirakına hansı səbəbdən sanksiya qoyulması məsələsi qaranlıq qalıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qurum rəsmisi belə bir maraqlı açıqlamanı Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib: “Rusiya idmançılarının anti-dopinq sistemi şübhəsi ilə Yay Olimpiya Oyunlarından kənarlaşdırılması məsələsi mənə bu vaxtadək anlaşılmaz qalıb. Hətta qayda pozuntusu aşkarlansa belə, bunlar federasiya daxilində olunub. Yay Olimpiya Oyunlarında iştirak edən atletlərlə bunun heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, Rusiya idmançılarının “Rio-2016”da iştirak hüququ məhz Ümumdünya Anti-dopinq Agentliyinin (WADA) müstəqil komissiya rəhbəri Riçard Maklaren tərəfindən hazırlanan dopinq fırıldağına dair məruzə əsasında məhdudlaşdırılmışdı. Bu məruzəni rəhbər tutan WADA isə Beynəlxalq Olimpiya Komitəsinə Rusiya atletlərinin nəhəng turnirdən kənarlaşdırılmasını təklif etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.