İDMAN


Topaz Premyer Liqası: “Qarabağ” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

Noyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasında daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyununda son ölkə çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb. “Qarabağ” görüşdən qalib ayrılıb - 1:0.

İlk hissədən oyunda təşəbbüsə yiyələnən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda görüşün 17-ci dəqiqəsində istəyinə çatıb. Dani Ndlovu topu “Kəpəz”in qapısından keçirib. İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Beləliklə, bu nəticə ilə “Qarabağ” 12 oyundan 28 xal toplayıb və lider “Qəbələ” ilə birinci və ikinci pillələri bölüşür. “Kəpəz” isə 12 xalla yenə beşincidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.