İDMAN
Topaz Premyer Liqasında XIV tura start verilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Topaz Premyer Liqasında XIV tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında son iki ev oyununda xal qazana bilməyən “Kəpəz” doğma meydanda “İnter”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyənləşməyib - 0:0.
Beş oyundur uduzmayan və son dörd qarşılaşmada qalib gələn paytaxt klubu bu dəfə də məğlubiyyətsizlik seriyasını qoruya bilib.
Beləliklə, bu qarşılaşmadan sonra “İnter” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlinin lideri olan “Qarabağ”a bir qədər də yaxınlaşıb. “Kəpəz” isə 20 xalla beşinci sırada möhkəmlənib.
Tura noyabrın 30-da keçiriləcək “Qəbələ”–“Rəvan” matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]