İDMAN
Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, buna XVIII turun Zaqatalada keçirilən “Simurq” – “Bakı” oyununda 7 qolun vurulması səbəb olub. Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə bu qədər qolun vurulması cari mövsüm üçün ən yüksək göstəricidir. Bunadək yalnız sentyabrın 19-da keçirilən “İnter” – “Bakı” görüşündə bu qədər qol qeydə alınmışdı. Beşinci turun qarşılaşmasında meydan sahibləri 7:0 hesabı ilə qalib gəmişdi. Bu məhsuldarlıq 92 gündən sonra təkrarlanıb.
Qeyd edək ki, milli çempionatlar tarixinin ən məhsuldar oyununda 16 qol vurulub. 1996-cı il noyabrın 23-də baş tutan matçda “Kəpəz” “Şəmkir”ə qalib gəlib – 14:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]