CƏMİYYƏT


Toronto şəhərində “Azerbaijan Star TV” kanalının açılışı münasibətilə ziyafət təşkil olunub

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Kanadanın Toronto şəhərində “Azerbaijan Star TV” kanalının açılışı münasibətilə ziyafət təşkil olunub. Tədbir Toronto şəhərində fəaliyyət göstərən “Heydərbaba (HB) Media” Qrupunun və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, ziyafətdə ümumilikdə 500-ə yaxın qonaq iştirak edib. Torontoda fəaliyyət göstərən sənətçi və musiqiçilər, Azərbaycan və türk diasporunun təmsilçiləri də iştirakçılar arasında olublar.

“Heydərbaba (HB) Media” Qrupunun rəhbəri və “Azerbaijan Star TV” kanalının təşkilatçısı Yashar Poorali telekanalın açılışını elan etmək və qırmızı lenti kəsmək üçün Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynlini, Ontario əyalətinin ali təhsil naziri Reza Moridini, tanınmış müğənni Yaqub Zurufçunu və telekanalın ərsəyə gəlməsinə töhfə vermiş digər qonaqları səhnəyə dəvət edib.

Ramil Hüseynli təbrik nitqi ilə çıxış edərək “Azerbaijan Star TV” kanalının ölkəmizin və milli mədəniyyətimizin Kanadada təbliği işinə, diaspora cəmiyyətlərimizin təşkilatlanmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Reza Moridi isə telekanalın rəhbərliyinə Ontarionun baş naziri Ketlin Vinnin təbrik məktubunu, öz adından isə təşəkkürnamə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.