REGİONLAR
Torpaq sürüşməsi nəticəsində Ağsu dolaylarında çat yaranıb VİDEO
Ağsu, 9 dekabr, AZƏRTAC
Son günlər intensiv yağan yağış və qar nəticəsində sürüşmə zonaları aktivləşib. Bu səbəbdən Ağsu dolaylarında, Bakı-Şamaxı-Yevlax magistral yolunun 149-cu kilometrində çat əmələ gəlib.
AZƏRTAC xəbər verir ki, əraziyə 16 nömrəli Yol İstismar MMC-nin mütəxəssisləri nəzarət edirlər.
Qeyd edək ki, magistral yolun 144-158 kilometrlik hissəsi Ağsu dolaylarından keçir. Dolayların 14 yerində sürüşmə zonası var. Hazırda ərazidə sürüşmənin aktivləşməsi müşahidə olunur. Avtomobillərin hərəkəti üçün hələlik ciddi təhlükə yoxdur.
MMC-nin işçiləri hər gün yola nəzarət edir, buzlanmaya qarşı tədbirlər görürlər.
Mütəxəssislər dolaylardan istifadə edən sürücülərə ehtiyatlı olmağı, avtomobillərin sazlığına və qış rejiminə uyğun təkərlərlə təminatına ciddi diqqət yetirməyi tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]