MƏDƏNİYYƏT


“Torpaq uğrunda ölən varsa Vətəndir” adlı tədbir-sərgi keçirilib

A+ A

Bakı, 2 noyabr, Z.Mansurova, AZƏRTAC

Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin foyesində təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş edilib və polkovnikə həsr olunmuş sənədli film və klipə baxış keçirilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirib ki, bu ildən muzeydə milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verilib. Layihə çərçivəsində muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bu layihə çərçivəsində keçirilən növbəti tədbir polkovnik Vüqar Yusifova həsr olunub.

Tədbirdə Milli Qəhrəmanın həyat və fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, Vüqar Yusifov 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dünyaya göz açıb. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin “N” saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlayıb. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmiş Vüqar Yusifova 40 yaşında polkovnik rütbəsi verilib. O, aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, döyüş yoldaşları Anar Hüseynli, Xəyyam Əsgərov, qohumu Əliyar Fərzəliyev, Azərbaycan ordusunun polkovniki Xətai Baxışov çıxış edərək belə qəhrəmanların həyat yolunun gənclərimizə örnək olduğunu bildiriblər.

Tədbirdə Vüqar Yusifovun ailə üzvləri, dostları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.