Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Torpaqların elektron uçotu sisteminin qurulması və səmərəli idarəçiliyi istiqamətində tədbirlər davam etdirilir

Torpaqların elektron uçotu sisteminin qurulması və səmərəli idarəçiliyi istiqamətində tədbirlər davam etdirilir

Bakı, 13 iyul, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsi respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, habelə torpaqların, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadənin təmin olunması sahəsində tədbirlərini davam etdirir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək bu sahədə aparılan işlər həm torpaqların elektron uçotu və kadastr xəritələrinin tərtibini, həm də pozuntuların aşkara çıxarılmasını əhatə edib. Görülən işlər nəticəsində torpaqlardan istifadə ilə bağlı ciddi çatışmazlıqların və qanun pozuntularının olduğu aşkarlanıb. Aşkar edilən hallarla bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəal şəkildə torpaqların elektron uçotu və onlara nəzarət tədbirləri davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin 2016-cı il martın 7-də imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq komitə ölkədəki torpaqların elektron uçotu sistemini yaratmağa başlayıb. Hazırda 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir. Artıq elektron uçotun müsbət nəticələri də əldə olunub.

Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılaraq, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırlanmış elektron kadastr məlumat bazası hər bir torpaq parseli barədə mükəmməl məlumatların (sahəsi, torpağın mülkiyyət növü, təyinatı, mülkiyyətçisi və sair), həm də bu torpaq sahəsi üzərindəki tikili haqqında texniki kadastr göstəricilərinin (mərtəbəliliyi, təyinatı, tikilinin sahəsi, təchizat vəziyyəti və sair) əldə edilməsinə şərait yaradır. Bununla yanaşı, ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi yekunlaşıb və relyef xəritələrinin hazırlanması işinə başlanılıb.

Dəqiq stereomodellər üzərindən rəqəmsallaşdırma nəticəsində əldə edilmiş relyef xəritələri, kənd və meşə təsərrüfatında ərazi planlaşdırmasında, fermer təsərrüfatlarının ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsində, torpaqların eroziyadan qorunmasına dair kompleks tədbirlər sisteminin hazırlanmasında istifadə olunacaq. Respublikanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130 min hektar ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Eyni zamanda, ölkədə daimi fəaliyyət göstərən 37 Geodeziya Mövqeləndirmə Stansiyalarının imkanlarından geniş istifadə olunur. Bu stansiyalardan istifadə etməklə icra olunan sahəvi geodeziya işlərinin keyfiyyəti standartlara uyğunlaşdırılır. Torpaqların keyfiyyət xaratkteristikasını, yem bitkilərinin (yay və qış otlaqlarının) tədqiqi bu il komitədə quraşdırılmış müasir Torpaq və Bitki Laboratoriyasında yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.

Ötən il Şəki rayonunun 114 minə yaxın hektar, Qazax rayonunun 44 min hektar, Ağstafa rayonunun 35 min hektar, Tovuz rayonunun 49 minə yaxın hektar bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş cəmi 242 minə yaxın hektar ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işləri aparılıb. 2015-ci ildə Şəki, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir rayonlarında ümumilikdə 310,5 min hektardan çox ərazidəki yem sahələri, yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Cari ildə Füzuli, Oğuz, Abşeron, Ağdam, Göygöl, Ağsu, Cəlilabad, Ağcabədi, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 495 min 270 hektar bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş ərazidə irimiqyaslı çöl-torpaq tədqiqatı işləri, Şəki, Ağstafa, Şabran,Tovuz, Qazax, Xızı, Siyəzən, Şəmkir, Oğuz, Daşkəsən, Göygöl, Gədəbəy, Cəlilabad, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 750 min 79 hektar ərazidəki yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Torpaqların keyfiyyətinə dair dəqiq kadastr uçotu məlumatlarının əldə edilməsi, torpaqların yaxşılaşdırılması, onun münbitliyinin qorunması və artırılması ilə bağlı torpaq mülkiyyətçilərinə və fermerlərə elmi-praktiki tövsiyələrin verilməsinə şərait yaradacaq. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər torpaqlardan istifadənin səmərəsini və onlara nəzarəti gücləndirəcək. Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda qanunvericiliyin tələblərinin pozulması hallarının bazası yaradılıb, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı boyunca mövcud torpaqayırmaların və obyektlərin siyahısı tərtib edilib, meşə fondu torpaqlarında inşa edilmiş sosial, iaşə və istirahət obyektləri müəyyənləşdirilib, respublika üzrə torpaq icarəçilərinin siyahısı hazırlanaraq elektron bazada yerləşdirilib.

Aparılan nəzarət tədbirləri torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu hallarını aşkar edib. Belə ki, aparılan monitorinq və müşahidələr nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1,8 milyon hektar əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur. Bundan başqa, 2,6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Digər tərəfdən, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər. Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 milyon hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb.

Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb, 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19,2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində istifadə olunmayan və əkinə yararlı torpaqların kənd təsərrüfatı istehsalatına, müxtəlif aqromeleorativ tədbirlərin tətbiqi ilə yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlbi, istifadədə olan torpaqların münbitliyinin qorunması və artırılması məqsədləri üçün kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaranacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib