ELM VƏ TEXNOLOGİYA


Torpaqşünaslıq və Aqrokimya İnstitutu beynəlxalq əməkdalığını genişləndirir

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) ilə Koreya Respublikasının kənd təsərrüfatı və sosial (təbiət) elmləri Seul Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, sənədi bu elm müəssisəsinin direktoru, professor Əlövsət Quliyev və universitetin dekanı, professor Chyul Young Jyung imzalayıblar.

Sənəddə tərəflər arasında torpaqşünaslıq, aqrokimya və ekologiya elmləri üzrə əməkdaşlıq, torpağın şorlaşmasının qarşısını almaq məqsədilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması üçün proqramların hazırlanması, hər iki qurumun əməkdaşlarının elmi mübadiləsi istiqamətində razılıq və digər məsələlər nəzərdə tutulub.

TAİ, həmçinin Rusiya Federasiyasının Orenburq Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.