ELM VƏ TEXNOLOGİYA


Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tələbələrlə birgə çöl təcrübəsində iştirak ediblər

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris Təcrübə və İstirahət Mərkəzində ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iki qurum arasında imzalanan memorandum çərçivəsində bu elm müəssisəsinin əməkdaşları BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ilə çöl təcrübəsində iştirak ediblər. Təcrübənin məqsədi elm ilə təhsilin vəhdəti əsasında alimlərin bilik və bacarığını tələbələrə öyrətmək, onlarda elmi tədqiqata həvəsi artırmaq, sonda tələbələrin təcrübi və istehsalata hazırlıq vəziyyətini yaxşılaşdırmaqdır. Təcrübə zamanı dəniz səviyyəsindən 800 metr yüksəklikdə, meşə ərazisində torpaq kəsimi qoyulmuş, torpağın strukturu, mexaniki tərkibi, torpaqəmələgəlmə prosesinin izləri, bitki köklərinin torpaqda yayılması, torpaq nümunələrinin götürülməsi işləri həyata keçirilib, tələbələrə ətraflı məlumat verilib. Çöl şəraitində görülən işlər tələbələr tərəfindən diqqətlə izlənib və gələcəkdə bu proseslərin davam etdirilməsi üçün səylərin artırılması və kompleks təcrübələrin birgə həyata keçirilməsi məqsədə uyğun hesab edilib. Bu cür təcrübənin gələcəkdə tələbələrin iştirakı ilə birlikdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar dayaq məntəqəsində də keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.