DÜNYA


“Toshiba” korporasiyasının direktorlar şurasının sədri istefa verəcək

Tokio, 15 fevral, AZƏRTAC

Yaponiyanın tanımış “Toshiba” korporasiyasının direktorlar şurasının sədri Siqenori Siqa Amerika atom bölməsində baş verən böyük itkilərlə bağlı məsuliyyəti öz üzərinə götürərək istefa verəcək.

Bu barədə fevralın 14-də korporasiyanın nümayəndələri bəyan ediblər.

Korporasiyanın proqnozlarına əsasən, Amerika bölməsinin itkiləri 712,5 milyard yen (təqribən 6,3 milyard dollar) təşkil edəcək.

Ötən ilin aprelindən dekabrınadək ümumi itkilərin 4,4 milyard dollar olacağı gözlənilir. Korporasiyanın rəhbərliyinin hesablamalarına görə, gələn ay başa çatacaq cari maliyyə ilində ümumi itkilər 3,4 milyarda bərabər olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.