İQTİSADİYYAT


“Total” “Abşeron” qaz-kondensat yatağında ilk quyunu sentyabrda qazacaq

Bakı, 31 may, Nihad Budaqov, AZƏRTAC

“Total” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında ilk quyunu bu ilin sentyabr ayında qazmağa nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bunu “Total”ın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal deyib. O qeyd edib ki, qazma işləri 15 ay davam edəcək. Hazırda yatağın işlənməsi üzrə müxtəlif qurumlarla danışıqlar aparılır. Yataqdan ilk qaz hasilatının 2019-cu ilin sonunda həyata keçirilməsi planlaşdırılır. “Abşeron”dan illik 1,5 milyard kubmetr qaz hasil olunması gözlənilir.

Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total”ın əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” ötən il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.