DÜNYA
“Total”ın gəlirləri 2015-ci ilin sonuncu rübündə 26 faiz azalıb
Bakı, 12 fevral, Nihad Budaqov, AZƏRTAC
Fransanın enerji şirkəti “Total”ın gəlirləri 2015-ci ilin sonuncu rübündə 26 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, şirkətdən edilən şərhdə “Total”ın keçən ilin sonuncu rübündəki gəlirlərinin ondan əvvəlki rüblə müqayisədə 26 faiz azalaraq 2,1 milyard dollar olduğu bildirilir. Şirkətin ötənilki xalis qazancı isə 2014-cü ildəkindən 20 faiz çox olmaqla 4,2 milyard dollardan 5,1 milyard dollara yüksəlib.
Keçən il “Total”ın neft emalı sahəsindəki qazancı 90 faizədək artıb, neft axtarışı sahəsindəki gəliri isə 50 faiz azalıb. Şirkət rəhbərliyi qarşıdakı dövrdə əlavə xərcləri azaldacaqlarını, lakin işçiləri ixtisar etməyəcəklərini bildiriblər.